Bakı. Trend:
Birləşmiş Ştatlar Prezidenti Donald Tramp bildirib ki, Hörmüz boğazı gəmilərin sərbəst keçidi üçün 48 saat ərzində tam açılmayacağı təqdirdə, ABŞ İranın elektrik stansiyalarına zərbələr endirməyə hazırdır.
Trend xəbər verir ki, bu açıqlama Amerika liderinin "Truth Social" sosial şəbəkəsində yerləşdirilib.
“Əgər İran 48 saat ərzində Hörmüz boğazını tam şəkildə, heç bir təhlükə olmadan açmazsa, ABŞ zərbə endirəcək və onların çoxsaylı elektrik stansiyalarını məhv edəcək”, – məlumatda qeyd olunub.
