...

Luka Modriç top-5 liqalarda 550 oyuna çatıb

İdman Materials 22 Mart 2026 02:57 (UTC +04:00)
Luka Modriç top-5 liqalarda 550 oyuna çatıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Luka Modriç Avropanın top-5 liqasında keçirdiyi oyunların sayını 550-yə çatdırıb.

Trend xəbər verir ki, 40 yaşlı “Milan” yarımmüdafiəçisi İtaliya A Seriyasının “Torino” ilə matçında (3:2) 90 dəqiqə meydanda olub.

Xorvatiyalı futbolçunun top-5 liqalarda debüt etdiyi dövrdən – 2008/09 mövsümündə “Tottenhem”də çıxış etdiyi vaxtdan bəri yalnız Antuan Qrizmann (555 oyun) daha çox matç keçirib.

Xəbər lenti

Xəbər lenti