Bakı. Trend:
İtaliyanın şimalında qar uçqunu nəticəsində 2 xizəkçi həlak olub, 5 nəfər isə xəsarət alıb.
Trend xəbər verir ki, bu barədə "Rai" telekanalı məlumat yayıb.
Məlumata görə, uçqun baş verən zaman yamacda 25 xizəkçi olub. Xəsarət alanlardan 3-nün vəziyyəti ağır, 2 nəfərin isə yüngüldür.
Xilasetmə əməliyyatına 5 helikopter cəlb olunub.
