Bakı. Trend:
İrandan fevralın 28-i saat 8:00-dan martın 22-i saat 10:00-dək Azərbaycana ümumilikdə 2 921 nəfər təxliyə olunub.
Trend xəbər verir ki, təxliyə olunanların 486 nəfəri Azərbaycan vətəndaşıdır.
Eyni zamanda, Çinin 722, Rusiyanın 323, Banqladeşin 198, Tacikistanın 187, Pakistanın 148, Hindistanın 142, Omanın 80, İndoneziyanın 68, İranın 53, İtaliyanın 44, Əlcəzairin 30, İspaniyanın 26, Almaniyanın 23, Kanadanın 22, Fransanın 19, Səudiyyə Ərəbistanının 18, Yaponiyanın 18, Gürcüstanın 17, Özbəkistanın 15, Polşanın 13, İsveçrənin 13, Nigeriyanın 13, Macarıstanın 12, Bəhreynin 12, Qazaxıstanın 11, Meksikanın 11, ABŞ 11, Böyük Britaniya, Belarus, Bolqarıstan, Konqo Demokratik Respublikasının hərəsinin 10, Braziliya, Sudanın hərəsinin 8, Slovakiya, Belçika, Rumıniya, Birləşmiş Ərəb Əmirliklərinin hərəsinin 6 vətəndaşı təxliyə edilib.
Bundan başqa, təxliyə edilənlər arasında Serbiya, Çexiya, İsveç, Əfqanıstan, Avstraliya, Avstriya, Yunanıstanın hərəsinin 5, İordaniya, Filippin, Türkiyə, Ukrayna, Şri-lanka, Küveyt, Finlandiya, Niderlandın hərəsinin 4, Qətər, Xorvatiya, Danimarka, Norveçin hərəsinin 3, Nepal, Livan, Yəmən, Qırğızıstan, Kipr, Sloveniya, Myanma, Vyetnamın hərəsinin 2 vətəndaşı var.
İrandan Azərbaycana Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir, Beliz və Dominikanın hərəsinin 1 vətəndaşı təxliyə olunub.
Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldan etibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Buna cavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-nin region ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücum edib.
İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali Lideri Ayətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilər ölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə Ayətullah Seyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü Ali Lideri seçib.
1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək Yaxın
Şərqin müxtəlif ölkələrini əhatə edib.
ABŞ tərəfinin itkisinin 8 ölü, 140-dan çox yaralı olduğu
bildirilib.
Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyə çağırıb.
