...

Lənkəranda əməliyyat: 12 kq narkotik dövriyyədən çıxarılıb (VİDEO)

Hadisə Materials 23 Mart 2026 11:33 (UTC +04:00)
Lənkəranda əməliyyat: 12 kq narkotik dövriyyədən çıxarılıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Lənkəranda 12 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Bu barədə Trend-ə daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitənin realizə olunmasının qarşısı alınıb. Tədbirlər nəticəsində 38 yaşlı Fərid Kişiyev saxlanılıb. Ondan paytaxt ərazisindəki müxtəlif ünvanlara çatdırmaq üçün əldə etdiyi 12 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti