...

Londonun yəhudi məhəlləsində partlayışlar qeydə alınıb

Dünya xəbərləri Materials 23 Mart 2026 13:45 (UTC +04:00)
Londonun yəhudi məhəlləsində partlayışlar qeydə alınıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İngiltərənin paytaxtı Londonun şimalında yerləşən yəhudi rayonunda naməlum şəxslər 4 təcili tibbi yardım avtomobilini yandırıb.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Qolders-Qrin rayonunda baş vermiş insidentin anti-semitizm və nifrət zəminli cinayət kimi qiymətləndirildiyi bildirilir. Hücumun həyata keçirildiyi məhəllədə yerləşən evlərin sakinlərin təxliyə edilib, yolun bir hissəsi bağlanıb.

Zərərçəkənlər barədə məlumat yoxdur. Bütün yanğınların bir müddət sonra söndürüldüyü bildirilir.

Hadisə yerində eyni zamanda partlayış səsləri eşidilib. Yerli polis həmin partlayışların təcili tibbi yardım maşınlarındakı qaz çəlləklərinin partlaması nəticəsində baş verdiyini ehtimal edir.

Faktla bağlı araşdırmaya başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti