Bakı. Trend:
Sloveniyanın Baş naziri Robert Qolob onun solçu-mərkəzçi “Azadlı” hərəkatının parlament seçkilərində qalib gəldiyini elan edib.
Trend bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“Siz öz səslərinizi təkcə “Azadlıq” hərəkatına yox, eləcə də demokratiyaya vermisiz”, - Qolob Lyublyanada vətəndaşlara etdiyi müraciətdə bildirib.
İlkin məlumatlara əsasən, Qolobun hərəkatı 28,6%, Yanşanın partiyası isə 27,9% səs toplayıb.
Beləliklə, bu nəticələrə görə, 90 yerlik parlamentdə heç bir partiya təkbaşına çoxluğu təmin etmir.
Qeyd edək ki, onun rəqibi, Sloveniyanın sabiq baş naziri, müxalifətdən olan sağçı Sloveniya Demokrat Partiyasının lideri Yanez Yanşa seçkilərin nəticələrinə etiraz etmək niyyətində olduğunu bildirib. O qeyd edib ki, partiyalarında olan məlumatlara görə, onların partiyası “Azadlıq” hərəkatını qabaqlayıb.
