Bakı. Trend:
İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Əyal Zamir Livanda hədəflənmiş quru əməliyyatları planını təsdiqləyib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"Baş Qərargah rəisi Zamir Livanda hədəflənmiş quru əməliyyatları planını təsdiqləyib", - deyə açıqlamada qeyd olunub.
""Hizbullah"a qarşı əməliyyat uzun çəkir və biz buna hazırıq", - deyə Ə.Zamir bildirib.
