Ağcabədi. Trend:
Ağcabədidə ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Trend-in yerli müxbirinin xəbərinə görə, hadisə rayonun Hindarx qəsəbəsi ərazisində qeydə alınıb. İlkin məlumata görə, 1987-ci il təvəllüdlü Şaiq Ələsgərovun idarə etdiyi “Mercedes” markalı avtomobil 1996-cı il təvəllüdlü Bayram İsmayılovun sürdüyü “Hyundai” markalı nəqliyyat vasitəsi ilə toqquşub.
Qəza nəticəsində Ş. Ələsgərov aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Digər sürücü B. İsmayılov isə ağır vəziyyətdə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır, qəzanın başvermə səbəbləri müəyyənləşdirilir.
