Bakı. Trend:
İsrail ordusu "Hizbullah" hərəkatının 15 qərargahına və komandanlıq mərkəzinə zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"Livanın cənubunda Ən-Nəbatiyyə bölgəsində növbəti zərbələr zamanı “Hizbullah”a məxsus 15 qərargah və komanda mərkəzi hücuma məruz qalıb", - deyə bildirilib.