Bakı.Trend:
Babək rayonunda iki nəfərin ölümü ilə bağlı araşdırma aparılır.
Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, martın 22-də Babək rayonu Yarımca kəndi ərazisində yerləşən fərdi yaşayış evlərindən birinin hamam otağında iki nəfərin (ər və arvad) meyitinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır.
xxx
10:18
Naxçıvanın Babək rayonunda ər və arvadı dəm qazından boğularaq ölüb.
Trend-in məlumatına görə, hadisə ötən gün baş verib.
Belə ki, 1987-ci il təvəllüdlü Allahverdiyev Baxşəli Yuris oğlu və onun 1992-ci il təvəllüdlü arvadı Hüseynova Gülü Xalıqverdi qızı yaşadıqları fərdi yaşayış evində su qızdırıcıdan dəm qazı sızması nəticəsində zəhərlənərək ölüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
