...

Azərbaycan şəkər ixracından gəlirini 4 dəfədən çox artırıb

İqtisadiyyat Materials 23 Mart 2026 13:31 (UTC +04:00)
Azərbaycan şəkər ixracından gəlirini 4 dəfədən çox artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 13,5 milyon ABŞ dolları dəyərində 20,3 min ton şəkər ixrac edilib.

Trend bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 10,4 milyon ABŞ dolları və ya 4,3 dəfə, həcm baxımından isə 15,7 min ton və yaxud 4,4 dəfə çoxdur.

Şəkər ixracı ölkənin bu ilin yanvar-fevral aylarının ümumi məhsul ixracında 0,37%, qeyri-neft sektoru üzrə ixracında isə 2,33% paya malik olub.

Əlavə edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar-fevral aylarında Azərbaycanda 44,2 min ton şəkər və qənd istehsal edilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 min ton və ya 33,5% çoxdur.

Bu ilin martın 1-I vəziyyətinə ölkədə sənaye müəssisələrinin anbarlarında hazır 18,9 min ton şəkər ehtiyatı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti