Bakı. Trend:
“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasında ayın ən yaxşı məşqçisi adına layiq görülüb.
Trend xəbər verir ki, alman mütəxəssisin rəhbərliyi altında katalonlar mart ayında üç qələbə qazanıblar – “Atletik Bilbao”nu 1:0, “Sevilya”nı 5:2, “Rayo Valyekano”nu isə 1:0 hesabı ilə məğlub ediblər.
Səsvermənin nəticələrinə əsasən, 61 yaşlı mütəxəssis “Atletiko”nun baş məşqçisi Dieqo Simeone və “Levante”nin çalışdırıcısı Luis Kastronu geridə qoyub. Simeonenin komandası ay ərzində iki qələbə və bir məğlubiyyət, Kastronun komandası isə bir qələbə və iki heç-heçə əldə edib.
Qeyd edək ki, İspaniya çempionatının 29 turundan sonra “Barselona” 73 xalla turnir cədvəlinə başçılıq edir və ən yaxın izləyicisi “Real Madrid”i 4 xal qabaqlayır.
