Bakı. Trend:
Danimarkada birpalatalı parlament – Folketinqə seçkilər keçiriləcək.
Trend xəbər verir ki, 27 günlük seçki kampaniyasından sonra 4,3 milyon seçici Sosial Demokrat Partiyası, Liberal Partiya və Mötədil Partiyadan ibarət koalisiya hökumətinin hakimiyyətdə qalıb-qalmayacağına qərar verəcək.
179 mandat uğrunda 12 siyasi partiyanın namizədləri mübarizə aparır. Bu yerlərdən 4-ü Qrenlandiya və Farer adalarının nümayəndələrinə ayrılıb.
Parlamentə düşmək üçün partiyalar ən azı 2 faiz səs toplamalıdır. Rəy sorğuları göstərir ki, ölkənin ən böyük siyasi qüvvəsi olan Sosial Demokrat Partiyasının lideri Mette Frederiksenin yenidən hökumət qurmaq şansı yüksək qiymətləndirilir.
Seçki məntəqələri yerli vaxtla saat 09:00-da açılacaq və saat 20:00-da bağlanacaq.
