...

"Quantum-Systems" Ukrayna Milli Qvardiyasına 15 min dron tədarük edəcək

Dünya xəbərləri Materials 24 Mart 2026 01:12 (UTC +04:00)
"Quantum-Systems" Ukrayna Milli Qvardiyasına 15 min dron tədarük edəcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın dron istehsalçısı "Quantum-Systems" şirkəti Ukrayna Milli Qvardiyasına 15 min ədəd dron tədarük etmək üçün sifariş alıb.

Trend xəbər verir ki, bu barədə şirkətin yaydığı mətbuat açıqlamasında bildirilib.

Məlumata əsasən, müqavilə "Quantum-Systems"in Ukraynanın "WIY Drones" şirkətinə etdiyi investisiyanın nəticəsi olaraq imzalanıb. Alman şirkəti təcili əməliyyat ehtiyaclarını qarşılamaq məqsədilə əsasən Ukraynada "STRILA" tipli dronların istehsalını genişləndirməyi planlaşdırır.

Qeyd edək ki, "Quantum-Systems" 2015-ci ildə təsis olunub və baş ofisi Münhen şəhərində yerləşir. Şirkət hərbi və mülki məqsədlər üçün kəşfiyyat və müşahidə dronlarının istehsalı üzrə ixtisaslaşıb.

Xəbər lenti

Xəbər lenti