Bakı. Trend:
Perunun cənubunda yerləşən Arekipa-Puno magistral yolunda mikroavtobusla yük maşınının toqquşması nəticəsində 13 nəfər həyatını itirib.
Trend xəbər verir ki, bu barədə "Diario Correo" qəzeti məlumat yayıb.
Qəza Arekipanın San Antonio de Çuka bölgəsində, magistral yolun 178-ci kilometrliyində baş verib. Məlumata görə, 11 nəfər hadisə yerində ölüb, daha iki nəfər isə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisənin səbəbləri polis və prokurorluq tərəfindən araşdırılır. Magistral yolun həmin hissəsində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb.
