...

ABŞ Senatı Markueyn Mallinin daxili təhlükəsizlik naziri təyin olunmasını təsdiqləyib

Dünya xəbərləri Materials 24 Mart 2026 07:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Konqresinin Senatı Markueyn Mallinin ölkənin yeni daxili təhlükəsizlik naziri vəzifəsinə təyin olunmasını təsdiqləyib.

Trend-in məlumatına görə, Senatda keçirilən səsvermənin birbaşa yayımı "C-SPAN" telekanalı vasitəsilə təqdim olunub.

Səsvermənin nəticələrinə əsasən, Mallinin namizədliyini 54 senator dəstəkləyib, 45 senator isə əleyhinə səs verib. Təsdiq üçün sadə səs çoxluğu kifayət edib.

ABŞ Prezidenti Donald Tramp martın 5-də Mallinin namizədliyini irəli sürmüşdü. O, Kristi Noemi daxili təhlükəsizlik naziri vəzifəsindən azad edib.

48 yaşlı Markueyn Mallin Oklahoma ştatını təmsil edən senatordur. O, çeroki qəbiləsinə mənsubdur və prezident kabinetində yerli xalqları təmsil edən ikinci üzv olacaq.

Xəbər lenti

Xəbər lenti