Bakı. Trend:
UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində “Liverpul”la səfər matçında zədələnən “Qalatasaray”ın hücumçusu Viktor Osimhen uğurla əməliyyat olunub.
Trend xəbər verir ki, bu barədə klubun rəsmi sosial media hesabı məlumat yayıb.
Osimhen “Liverpul”un müdafiəçisi İbrahima Konate ilə toqquşma nəticəsində zədə alıb və bir neçə ay müddətində meydana çıxa bilməyəcək.
Qeyd olunur ki, pley-off mərhələsinin İstanbulda keçirilən ilk oyunu “Qalatasaray”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb, cavab oyunu isə Liverpulda ingilis klubunun 4:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
