Bakı. Trend:
Azadlıq prospekti, metronun “28 May” stansiyasının ikinci çıxışı yaxınlığında - Salatın Əsgərova küçəsində asfalt yolun çökən hissəsi bərpa ediləcək.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, sözügedən ərazidə kanalizasiya kollektorunun baxış qapağı hissəsində çökmə qeyd alınıb.
"Məsələ ilə bağlı agentliyə məlumat daxil olan kimi dərhal əməkdaşlar əraziyə cəlb olunub. Yaranmış vəziyyətlə bağlı aidiyyəti qurum məlumatlandırılıb. Baş vermiş qəzanın aradan qaldırılması aidiyyəti qurum tərəfindən icra edildikdən sonra örtüyün bərpası tərəfimizdən təmin olunacaq, - deyə qurumun məlumatında vurğulanıb.
xxx
16:41
Azadlıq prospekti, metronun “28 May” stansiyasının ikinci çıxışında asfalt yol çöküb.
Trend-in hadisə yerində olan müxbirinin məlumatına görə, çökmə hadisəsi günorta saatlarında baş verib.
Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xidməti avtomobilləri ərazidədir.
Nəqliyyat vasitələrinin qəza baş verən yola girişinin qarşısının alınması üçün nişanlar yerləşdirilib.
