...

Prezident İlham Əliyev: Gürcüstanla tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir

Siyasət Materials 6 Aprel 2026 14:14 (UTC +04:00)
Prezident İlham Əliyev: Gürcüstanla tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir
Emin Əliyev
Emin Əliyev
Bütün xəbərlər

Tbilisi. Trend:

Bizim tarixi əlaqələrimiz dövlətlərarası əlaqələr üçün möhkəm zəmindir.

Trend-in xüsusi müxbiri xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə mətbuata bəyanatında bildirib.

Gürcü və Azərbaycan xalqlarının əsrlər boyu dostluq, qardaşlıq şəraitində yaşadıqlarını və bu gün bu ənənələrin davam etdirildiyini vurğulayan dövlətimizin başçısı deyib: “Bu gün iki müstəqil dövlət kimi Azərbaycan və Gürcüstan inamla inkişaf edir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti