...

Qusarda sel yolun bir hissəsini yuyub aparıb (VİDEO)

Cəmiyyət Materials 6 Aprel 2026 15:39 (UTC +04:00)
Qusarda sel yolun bir hissəsini yuyub aparıb (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qusar rayonu ərazisində yerləşən Həzrə–Sudur avtomobil yolunun təqribən 14-cü kilometrliyində yağan intensiv yağışlar nəticəsində yaranmış sel suları yolun bir hissəsini yuyaraq yararsız vəziyyətə salıb.

Bu barədə Trend-ə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, hadisə baş verən kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları dərhal əraziyə cəlb olunmuş, təhlükəsizliyin təmin edilməsi məqsədilə zəruri tədbirlər görülmüş, ərazidə nəqliyyatın hərəkəti nəzarətə götürülmüşdür.

Hazırda selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində müvafiq işlər davam etdirilir. Ərazi nəzarətdə saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti