...

Tailandda turistlər üçün icbari sığorta tətbiq oluna bilər

Dünya xəbərləri Materials 6 Aprel 2026 22:55 (UTC +04:00)
Tailandda turistlər üçün icbari sığorta tətbiq oluna bilər
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Tailand artan borc yükü və göstərilən tibbi xidmətlərə görə ödənilməmiş hesabların ictimai səhiyyə sisteminə təzyiqi səbəbindən xarici turistlər üçün məcburi sığortanın tətbiqi məsələsini nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

“Bizim artıq müvafiq planlarımız var. Əsasən əhatə dairəsi və xarici pasiyentlər tərəfindən ümumi yükün həcmi nəzərə alınmalıdır”, – deyə krallığın səhiyyə naziri Phatthana Promphat bildirib.

O qeyd edib ki, belə bir tədbir müxtəlif qrupların, o cümlədən turistlərin və miqrantların, xüsusilə sərhədyanı ərazilərdə yaşayanların maraqlarını diqqətə almalıdır.

Krallığın səhiyyə nazirliyinin məlumatına görə, əvvəlcədən tibbi sığorta əldə etməyən xarici turistlərin ödəmədiyi hesabların həcmi hər il 100 milyon batı (3 milyon ABŞ dolları) ötür. Belə hallar ən çox Puket və Çianqmay kimi iri turizm mərkəzlərində qeydə alınır. Əvvəllər hava yolu ilə gələn turistlərdən tutulması planlaşdırılan 300 bat (9,2 ABŞ dolları) məbləğində rüsum gündəlikdən çıxarılıb.

Hazırda Tailand hakimiyyəti xarici vətəndaşların səhiyyə sisteminə çıxışı ilə bağlı problemi daha effektiv həll yolu kimi məhz icbari sığortanı nəzərdən keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti