...

Sabunçuda çökən evdə xəsarət alan qadının vəziyyəti açıqlanıb

Cəmiyyət Materials 7 Aprel 2026 12:03 (UTC +04:00)
Sabunçuda çökən evdə xəsarət alan qadının vəziyyəti açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evinin çökməsi nəticəsində xəsarət alan qadının vəziyyəti açıqlanıb.

Trend-in sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Sabunçu Tibb Mərkəzindən bildirilib ki, bu gün 03:20 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonu, G.Əsədov küçəsindən çağırış daxil olub:

"Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 31 yaşlı şəxs (qadın) Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.

Döş qəfəsinin əziyi diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymərləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb".

Qeyd edək ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən, torpaq uçqunu səbəbindən fərdi yaşayış evinin bir hissəsinin çökməsi nəticəsində 1996-cı il təvəllüdlü Hüseynova Günel Etibar qızının müxtəlif dərəcəli bədən xəsarətləri alaraq dağıntı altında qaldığı müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti