...

Göygöldə bitişik evlərdə yanğın: bir neçə tikiliyə ziyan dəyib

Hadisə Materials 7 Aprel 2026 13:00 (UTC +04:00)
Göygöldə bitişik evlərdə yanğın: bir neçə tikiliyə ziyan dəyib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Göygöl şəhərində bitişik tikililərdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə nəticəsində bir neçə fərdi yaşayış evinə ziyan dəyib. Belə ki, ümumi sahəsi 70 m² olan evin dəhlizinin tavanı 25 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, ümumi sahəsi 120 m² olan evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, digər 70 m²-lik evin dam örtüyünün yanar konstruksiyaları 70 m² sahədə, həmçinin 200 m² sahəsi olan evin dam örtüyünün 5 m² hissəsi yanıb.

Bundan başqa, bitişik ümumi sahəsi 90 m² olan talvarın yanar konstruksiyaları da alovlara məruz qalıb.

Yanğın zamanı evlərin qalan hissəsi və ətrafdakı digər tikililər yanğından mühafizə olunub. Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölmələri tərəfindən alov qısa müddətdə söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti