...

Enerji sektoru üzrə kredit qoyuluşları azalıb

Energetika Materials 6 Aprel 2026 18:37 (UTC +04:00)
Enerji sektoru üzrə kredit qoyuluşları azalıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin martın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və qeyri-banklar tərəfindən mədənçıxarma və elektrik enerjisi, qaz, buxar və su təsərrüfatı sektoruna qoyulmuş kreditlərin həcmi 647,5 milyon manat təşkil edib.

Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu göstərici aylıq müqayisədə 18,7 milyon manat və ya 2,8%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 121,1 milyon manat və ya 15,8% azdır.

Qeyd edək ki, ümumilikdə bu ilin martın 1-nə Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 32,564 milyard manat təşkil edib.

Bu da aylıq müqayisədə 143,3 milyon manat və ya 0,4%, 2025-ci ilin eyni dövründəki göstərici ilə müqayisədə isə 2,7 milyard manat və ya 9% artım deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti