Bakı. Trend:
Azərbaycan və Gürcüstan mərkəzi bankları arasında təcrübə mübadiləsi üzrə görüş keçirilib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Belə ki, Gürcüstan Milli Bankının nümayəndə heyəti təcrübə mübadiləsi məqsədilə Azərbaycan Mərkəzi Bankında işgüzar səfərdə olub.
Səfər çərçivəsində təşkil edilən görüşlərdə maliyyə sabitliyi
funksiyaları üzrə fəaliyyətin həyata keçirilməsi, makroprudensial
siyasət çərçivəsinin formalaşdırılması, ev təsərrüfatları,
qeyri-maliyyə sektoru və daşınmaz əmlak bazarı üzrə maliyyə
sabitliyinin qiymətləndirilməsinə dair hər iki ölkənin mərkəzi
banklarının təcrübələri müzakirə olunub.
Görüşlər zamanı stres-test çərçivəsi, həmçinin fiziki və keçid
riskləri üzrə iqlim stres-testlərinin təşkili məsələləri ətrafında
fikir mübadiləsi aparılıb.
