Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbaycan banklarının tikinti sektoru üzrə biznes kredit portfeli 1,707 milyard manat təşkil edib.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata əsasən, sözügedən sahə üzrə kredit portfeli aylıq müqayisədə 5,4 milyon manat və ya 0,3% azalıb, ötən ilin eyni dövrünə nisbətən isə 296,3 milyon manat 21% artıb.
Belə ki, tikinti sektoru üzrə banklar tərəfindən verilmiş biznes kreditlərin məbləği 2026-cı ilin fevralın 1-nə 1,713 miyard manat, ötən ilin martın 1-nə isə 1,411 milyard manat təşkil etmişdi.
Qeyd edək ki, 2026-cı ilin martın 1-nə Azərbaycanda bankların kredit portfeli 30,119 milyard manat olub. Kredit portfelinin strukturunda biznes kreditlәri 53,3% (16,058 milyard manat), istehlak kreditlәri 31,4% (9,467 milyard manat) vә ipoteka kreditlәri 15,3 % (4,593 milyard manat) təşkil edib.
