Bakı. Trend:
Bu ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxracı İdarəsinin ixracdan əldə etdiyi gəlirlər 2,6 milyon ABŞ dolları təşkil edib.
Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın mart nəşrində bildirilir.
Onu da qeyd edək ki, qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “AzerGold” QSC, “SOCAR Polymer” MMC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC,"SOCAR-DALĞIC" MMC, "Azərbaycan Dəmir Yolları" QSC, Naxçıvan MR Dövlət Energetika Xidməti, "İstisu" mineral su zavodu Məhdud Məsuliyyətli Cəmiyyəti, eləcə də "Qaradağ Şüşə Zavodu" ASC.
