...

Dövlət büdcəsi proqnozu üstələdi : gəlirlər 9,6 milyard manata çatdı

İqtisadiyyat Materials 7 Aprel 2026 11:53 (UTC +04:00)
Dövlət büdcəsi proqnozu üstələdi : gəlirlər 9,6 milyard manata çatdı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trendx:

2026-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Trend bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 milyard 599 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5.0 faiz üstələyib.

Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 milyard 12,5 milyon manat proqnoza qarşı 7 milyard 817,1 milyon manat məbləğində icra edilib ki, bu da 97.6 faiz təşkil edir.

2026-cı ilin yanvar-mart ayları ərzində icmal büdcənin gəlirləri 8 milyard 852,6 milyon manat, xərcləri isə 9 milyard 43,6 milyon manat məbləğində icra edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti