Xocavənd. Trend:
Bu gün növbəti köç karvanı ilə Xocavənd şəhərinə çatan ailələrə evlərinin açarları təqdim olunub.
Trend-in Qarabağ bürosunun məlumatına görə, yeni köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib.
Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
xxx
12:50
Növbəti köç karvanı Xocavənd şəhərinə çatıb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bu mərhələdə 33 ailə (142 nəfər) Xocavənd şəhərinə öz doğma ocaqlarına qayıdıb.
Ailələri Xocavənd şəhərində Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.
Qeyd edək ki, bu mərhələdə daxil olmaqla 234 ailə (904 nəfər) daimi qayıdıb. Xocavənd sakinləri həm çox mənzilli binalar, həmdə yenidən bərpa edilən evlərinə qayıdlblar.
xxx
11:33
Prezident İlham Əliyevin göstərişinə əsasən, işğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” prosesi davam edir. Bu gün Xocavənd şəhərinə daha bir köç karvanı yola düşüb.
Trend-in Qarabağ bürosunun məlumatına görə, bu mərhələdə 33 ailənin (142 nəfərin) Xocavəndə qayıdışı təmin olunub.
Qeyd edək ki, bu mərhələ də daxil olmaqla ümumilikdə 234 ailə (904 nəfər) artıq daimi olaraq şəhərə qayıdıb. Xocavənd sakinləri həm çoxmənzilli binalarda, həm də bərpa edilmiş fərdi evlərdə məskunlaşıblar.
