...

Enzo Fernandez "Çelsi"dən ayrılmağı planlaşdırmır

İdman Materials 7 Aprel 2026 03:51 (UTC +04:00)
Enzo Fernandez "Çelsi"dən ayrılmağı planlaşdırmır

Bakı. Trend:

Enzo Fernandez "Çelsi"dən ayrılmağı planlaşdırmır.

Trend xəbər verir ki, futbolçuya yaxın mənbələrin bildirdiyinə görə, onun əsas prioriteti London klubunda qalmaqdır. Tərəflər artıq yeni müqavilə ilə bağlı danışıqlar aparır.

Qeyd olunur ki, klub və yarımmüdafiəçi yalnız müqavilənin uzadılmasını deyil, həm də onun komandadakı rolu və əhəmiyyətinə uyğun maaş artımını müzakirə edir.

Bununla yanaşı, bir neçə Avropa top-klubunun argentinalıya maraq göstərdiyi də vurğulanır.

Həmçinin bildirilir ki, Enzonun komanda yoldaşları baş məşqçi Liam Rosenior-dan futbolçuya tətbiq olunan cəzanın ləğv edilməsini xahiş ediblər.

Xəbər lenti

Xəbər lenti