...

Bu ilin ilk rübündə Bakı şəhərində avtobuslarla neçə sərnişin daşınıb?

Cəmiyyət Materials 6 Aprel 2026 18:24 (UTC +04:00)
Bu ilin ilk rübündə Bakı şəhərində avtobuslarla neçə sərnişin daşınıb?
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Bu ilin ilk rübündə Bakı şəhərində avtobuslarla 120 milyon sərnişin daşınıb.

Bu barədə Trend-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, paytaxtda ictimai nəqliyyatla sərnişindaşımada növbəti rekord qeydə alınıb. Sərnişin daşımalarının daha səmərəli təşkili, marşrutların düzgün tənzimlənməsi istiqamətində atılan addımlar nəticəsində 2026-cı ilin ilk rübü ərzində 120 milyona yaxın sərnişin daşınıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,8% və ya 7 651 048 nəfər çoxdur.

Məlumat üçün bildirək ki, 2025-ci ilin sonuna sərnişindaşımada artım tempi 6,2% olub.

“Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nda nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi, geniş nəqliyyat şəbəkəsinin qurulması, ictimai nəqliyyatdan istifadənin səmərəliliyinin artırılması və avtobus parkının modernləşdirilməsi prioritet məsələlər kimi qeyd olunub. Görülən işlərin nəticəsində hazırda Bakı şəhərində marşrut xətlərində gündəlik 2350-dən çox avtobus fəaliyyət göstərir. Avtobus parkının mərhələli yenilənməsi çərçivəsində ötən il ərzində paytaxta 293, cari ilin 3 ayında isə 169 yeni avtobus gətirilərək istismara verilib.

Qeyd edək ki, daşımalarda istidadə olunan avtobusların 82%-i nağdsız ödəniş sisteminə inteqrasiya olunub.

AYNA sərnişin daşımalarının təhlükəsiz və səmərəli təşkili, xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti