...

Bakıda dərslər dayandırıldı? – Universitetlərdən açıqlama

Cəmiyyət Materials 6 Aprel 2026 17:30 (UTC +04:00)
Bakıda dərslər dayandırıldı? – Universitetlərdən açıqlama
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtda müşahidə olunan yağışlı hava şəraiti ilə əlaqədar bəzi universitetlərdə dərs prosesinə təsir etdiyi, bəzi universitetlərdə dərslərin dayandırıldığı ilə bağlı xəbərlər yayılıb.

Müşahidə olunan hava şəraiti paytaxtda dərslərə necə təsir edib?

Trend-in sorğusuna cavab olaraq Xəzər Universitetinin mətbuat xidmətindən bildirilib ki, universitetdə dərslər dayandırılmayıb, lakin onlayn formata keçirilib:

"Xəzər Universitetində dərslərin dayandırıldığı iddiaları doğru deyil. Dərslər dayandırılmayıb, sadəcə bugünlük online formata keçirilib".

Dövlət Mədəniyyət və İncəsənət Universitetindən də bildirilib ki, bu gün dərslərin formatında dəyişiklik edilib:

"Bakalavrlar ənənəvi qaydada dərsə gəliblər. Magistr tələbələri üçün isə bu gün dərslər onlayn formata keçirilib".

Bakı Dövlət Universitetindən isə bildirilib ki, tədris ənənəvi qaydada davam edir: " Tələbələrin davamiyyəti də qaydasındadır, heç bir problem yoxdur".

Azərbaycan Tibb Universitetindən də bildirilib ki, hazırda davamiyyət qaydasındadır, dərs prosesində axsama və ya dəyişiklik yoxdur, tədris ənənəvi qaydada davam edir.

UNEC-dən də tədrisin ənənəvi qaydada davam etdiyi, hansısa dəyişikliyin olmadığı bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti