...

Almaniyada dizel yanacağının qiyməti rekord səviyyəyə çatıb

Dünya xəbərləri Materials 7 Aprel 2026 01:02 (UTC +04:00)
Almaniyada dizel yanacağının qiyməti rekord səviyyəyə çatıb

Bakı. Trend:

Aprelin 6-da Almaniyada dizelin bir litri 2.487 avroya (4.87 manat) yüksələrək indiyədək ən yüksək göstəricini qeydə alıb.

Trend xəbər verir ki, bu barədə Almaniyanın Avtomobil Assosiasiyası (ADAC) məlumat yayıb.

Bildirilir ki, qiymət artımı Yaxın Şərqdə davam edən gərginlik, qlobal neft bazarında bahalaşma və Hörmüz boğazı ətrafında gəmiçilikdə yaranan çətinliklərlə bağlıdır.

Həmçinin qeyd olunur ki, Almaniya hökumətinin gördüyü son tədbirlər də bahalaşmanın qarşısını ala bilməyib. Belə ki, ötən həftə qəbul edilən və aprelin 1-dən qüvvəyə minən qanuna əsasən, yanacaq qiymətlərinin gün ərzində yalnız bir dəfə artırılmasına icazə verilir.

Xəbər lenti

Xəbər lenti