Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın sözlərinə görə, İranla qarşıdurma zamanı alyansın tutduğu mövqe NATO-nun nüfuzuna uzunmüddətli zərbə vurub.
Trend xəbər verir ki, Tramp bu fikirləri Ağ Evdə jurnalistlərə açıqlaması zamanı səsləndirib.
“Deməliyəm ki, NATO məni ciddi şəkildə məyus etdi. Hesab edirəm ki, bu, alyans üçün heç vaxt unudulmayacaq bir ləkədir”, – deyə o vurğulayıb.