...

Fevral ayında Azərbaycanda lokal kartlarla aparılmış əməliyyatların həcmi artıb

İqtisadiyyat Materials 6 Aprel 2026 19:51 (UTC +04:00)
Fevral ayında Azərbaycanda lokal kartlarla aparılmış əməliyyatların həcmi artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin fevral ayının sonuna olan vəziyyətə görə, rezident maliyyə təşkilatları tərəfindən buraxılmış ( statistik vahidin ödəniş kartları daxil olmaqla) lokal kartlarla aparılmış əməliyyatların sayı 61,9 min vahid, həcmi isə 64,35 milyon manat təşkil edib.

Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından bildirilib.

Məlumata görə, ötən ilin fevral ayı ilə müqayisədə lokal kartlardan istifadə etməklə aparılan əməliyyatların sayı 8,3 min vahid və ya 15,5 faiz, həcmi isə 11,05 milyon manat və ya 20,7 faiz artıb.

Qeyd edək ki, rezident maliyyə təşkilatlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə əməliyyatların həcmi və sayı dedikdə, ölkə daxilində fəaliyyət göstərən maliyyə institutlarının (yerli banklar və ya maliyyə qurumları) verdiyi ödəniş kartları ilə həyata keçirilən əməliyyatların ümumi həcmindən və sayından bəhs olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti