...

İstehlak bazarlarında nəzarət tədbirləri ilə bağlı yeni QƏRAR

Cəmiyyət Materials 6 Aprel 2026 18:16 (UTC +04:00)
İstehlak bazarlarında nəzarət tədbirləri ilə bağlı yeni QƏRAR
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

“İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin görülməsi Qaydaları” təsdiq edilib.

Trend xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Qərara əsasən, qaydalar istehlak bazarlarında (elektron ticarət daxil olmaqla) texniki reqlamentlərin tələblərinə uyğun olmayan mallara qarşı nəzarət tədbirlərinin həyata keçirilməsi qaydalarını müəyyən edir.

İstehlak bazarlarında texniki reqlamentlərin tələblərinə uyğun olmayan texniki tənzimləmənin şamil olunduğu mallara qarşı nəzarət tədbirləri qanunun tələbləri nəzərə alınmaqla, bu qaydalara uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçiriləcək.

Sahibkarlıq sahəsində aparılan yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna uyğun olaraq həyata keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti