...

İsrail İranın 130-dan çox zenit-raket kompleksini məhv edib (VİDEO)

Dünya xəbərləri Materials 7 Aprel 2026 12:54 (UTC +04:00)
İsrail İranın 130-dan çox zenit-raket kompleksini məhv edib (VİDEO)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) İranın hava hücumlarından müdafiə qüvvələrinə aid 130-dan çox zenit-raket kompleksini məhv edib.

Trend xəbər verir ki, bu barədə IDF-nin “X” sosial şəbəkə hesabında paylaşım edilib.

“İsrail Müdafiə Qüvvələri (IDF) İran ərazisi boyunca terror rejiminin atəş vasitələri və hava hücumundan müdafiə sistemlərinə zərbələrin təsirini dərinləşdirmək məqsədilə sistemli fəaliyyətini davam etdirir.Kəşfiyyat İdarəsinin yönləndirməsi ilə həyata keçirilən dəqiq zərbələr nəticəsində İran terror rejiminə məxsus 130-dan çox hava hücumundan müdafiə sistemi məhv edilib”,- məlumatda qeyd olunur.

Məlumat bəzi zərbələrin videogörüntüləri ilə müşayiət olunub.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub. İranın İnqilab Keşikçiləri Korpusu İsrailə qarşı genişmiqyaslı cavab əməliyyatı həyata keçirdiyini bəyan edib. İran eyni zamanda ballistik raketlər, qanadlı raketlər və pilotsuz uçuş aparatları ilə ABŞ-nin Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ, Oman, Səudiyyə Ərəbistanı və Suriyadakı obyektlərini hədəfə alır.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniz nəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafında təhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətləri kəskin artıb. İran Hörmüz boğazına nəzarəti tam şəkildə özündə saxlayaraq sadəcə lazım bildiyi gəmilərin boğazdan keçməsinə icazə verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti