...

Azərbaycan XİN BƏƏ səfirliyinə hücumu pisləyib

Siyasət Materials 7 Aprel 2026 14:00 (UTC +04:00)
Azərbaycan XİN BƏƏ səfirliyinə hücumu pisləyib
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Xarici İşlər Nazirliyi Suriya Ərəb Respublikasının Dəməşq şəhərində Birləşmiş Ərəb Əmirliklərinin səfirliyinə bir qrup etirazçı tərəfindən edilən son hücumu qətiyyətlə pisləyib.

Trend xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

Bildirilib ki, diplomatik nümayəndəliklərə qarşı bu cür zorakılıq aktları qəbuledilməzdir:

“Diplomatik heyətin və binaların təhlükəsizliyini təmin edən Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır.

Suriya hakimiyyət orqanlarının yaydığı bəyanatı və günahkarların qanun qarşısında cavab verməsini təmin etmək üçün bütün zəruri tədbirləri görmək öhdəliyini alqışlayırıq”.

Qeyd edək ki, aprelin 6-da Suriyanın paytaxtı Dəməşqdə Birləşmiş Ərəb Əmirliklərinin səfirliyi qarşısında keçirilən etiraz aksiyası zamanı bir qrup şəxs tərəfindən hücum cəhdi qeydə alınıb.

Aksiya zamanı vandallıq halları baş verib və səfirliyin ərazisinə müdaxilə etməyə cəhd göstərilib. Suriya hakimiyyəti insidenti pisləyərək günahkarların məsuliyyətə cəlb olunacağını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti