...

Rusiyada imtahana buraxılmayan şagird müəllimini bıçaqlayıb

Dünya xəbərləri Materials 7 Aprel 2026 11:20 (UTC +04:00)
Rusiyada imtahana buraxılmayan şagird müəllimini bıçaqlayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın Perm diyarının Dobryanka adl yaşayış məntəqəsində şagird məktəbin qarşısında qadına soyuq silahla hücum edib.

Trend bu barədə Rusiya KİV-ə istinadən xəbər verir.

İlkin versiyaya görə, yeniyetmə onu imtahana buraxmadığına görə qadın müəlliminə kəsici-deşici bıçaq xəsarətləri yetirib.

Zərərçəkən xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərin ağırlığından həkimlər onun həyatını xilas edə bilməyiblər. Bölgənin qubernatoru Dmitriy Maxonin müəllimənin öldüyü faktını təsdiqləyib.

Yeniyetmə saxlanılıb. Faktla bağlı cinayət işi açılıb.

İnsidentdən sonra bölgənin bütün təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin gücləndirildiyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti