...

Quba sakini keçmiş yeznəsini bıçaqladı

Hadisə Materials 7 Aprel 2026 15:37 (UTC +04:00)
Quba sakini keçmiş yeznəsini bıçaqladı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Qubada 18 yaşlı oğlan keçmiş yeznəsini bıçaqlayıb.

Trend-in məlumatına görə, hadisə aprelin 6-da qeydə alınıb.

Belə ki, aprelin 6-sı saat 23 radələrində Quba şəhərinin ərazisində Bağbanlı kənd sakini 18 yaşlı O.Şirinov xuliqanlıq zəminində keçmiş yeznəsi 1-ci Nügədi kənd sakini 35 yaşlı Kamran Fərhad oğlu Niftəliyevin bud nahiyəsinə bıçaqla xəsarət yetirib.

Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti