...

MDB-nin İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dair protokol təsdiq edilib

Siyasət Materials 7 Aprel 2026 16:34 (UTC +04:00)
MDB-nin İcraiyyə Komitəsi haqqında Əsasnaməyə dair protokol təsdiq edilib
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

“Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol təsdiq edilib.

Trend xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Sənədə əsasən, 2023-cü il oktyabrın 13-də Bişkek şəhərində imzalanmış “2000-ci il 21 iyun tarixli Protokol ilə təsdiq edilmiş “Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsi haqqında Əsasnamə”yə dəyişikliklər edilməsinə dair Protokol” Azərbaycan Respublikasının müvafiq qeyd-şərti ilə təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti