...

"Fitch Ratings" Azərbaycanda İslam bankçılığının inkişafının əsas şərtlərini açıqlayıb

Maliyyə Materials 7 Aprel 2026 17:13 (UTC +04:00)
"Fitch Ratings" Azərbaycanda İslam bankçılığının inkişafının əsas şərtlərini açıqlayıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Şəffaf tənzimləyici baza, yerli kadrların inkişafı və ictimaiyyətin məlumatlılığının artırılması Azərbaycanda islam bankçılığı üzrə dayanıqlı ekosistemin qurulması üçün mühüm şərtlərdir.

Bunu “Fitch Ratings” agentliyində Yaxın Şərq banklarının reytinqləri və islam bankçılığı istiqamətinin rəhbəri Redmond Ramsdeyl İslam maliyyəsi üzrə simpozium zamanı Trend-in sualını cavablandırarkən bildirib.

“Burada söhbət rasional tənzimləyici bazadan gedir. Bu, hər hansı bir sistemin qurulması üçün əsas fundamentdir. Yerli kadrların inkişafı vacibdir, lakin bütün bunlar güclü tənzimləmə sistemi ilə müşayiət olunmalıdır. Likvidliyin idarə olunması kimi alətlər də artımın dəstəklənməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, ictimaiyyətin məlumatlılığını artırmaq lazımdır, çünki inkişaf üçün bu sahənin dəstəyə ehtiyacı var”, – deyə Ramsdeyl vurğulayıb.

Qeyd edək ki, Azərbaycanda 2026-cı ildə islam bankçılığı məhsullarının istifadəyə verilməsi planlaşdırılır. Mərkəzi Bank tərəfindən müəyyən edilmiş xüsusi tənzimləmə rejimi çərçivəsində ilk məhsulların bazara çıxarılması prosesi artıq başlayıb, eyni zamanda normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Hazırda İslam İnkişaf Bankının dəstəyi ilə Mərkəzi Bank sukuk — islam maliyyə aləti üçün hüquqi bazanın yaradılması üzrə texniki yardım layihəsini həyata keçirir.

Bundan əlavə, Azərbaycan Mərkəzi Bankı islam maliyyəsinin inkişafı sahəsində beynəlxalq əməkdaşlığı prioritet istiqamət kimi müəyyən edib.

İslam maliyyəsinin tətbiqi və inkişafı üçün tənzimləyici və institusional bazanın formalaşdırılması ilə yanaşı, bu sahədə zəruri bilik və səlahiyyətlərə malik ixtisaslı kadr potensialının yaradılması da əsas prioritetlərdən biri hesab olunur. Bu baxımdan Azərbaycan Türkiyə, Pakistan və Malayziya kimi ölkələrin qabaqcıl təcrübəsini öyrənir.

Eyni zamanda, İslam İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində ölkə mütəmadi olaraq təcrübə və bilik mübadiləsi və kadr hazırlığı proqramlarında iştirak edir və bu təşəbbüsləri növbəti mərhələlərdə də davam etdirməyi planlaşdırır

Məqalədə:
Xəbər lenti

Xəbər lenti