...

Banklararası Kart Mərkəzi vasitəsilə avro ilə aparılmış əməliyyatların həcmi məlum olub

İqtisadiyyat Materials 7 Aprel 2026 14:14 (UTC +04:00)
Banklararası Kart Mərkəzi vasitəsilə avro ilə aparılmış əməliyyatların həcmi məlum olub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevral ayının sonuna olan vəziyyətə görə, Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 15,7 min emal edilmiş ödəniş əməliyyatı həyata keçirilib və əməliyyatların ümumi məbləği 1,8 milyon avro təşkil edib.

Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə göstərici təxminən 800 əməliyyat, yəni 5,4% artıb, məbləğ isə dəyişməyib.

Keçən ilin fevral ayında Azərbaycanda BKM vasitəsilə 14,9 min ödəniş əməliyyatı həyata keçirilmiş və əməliyyatların ümumi məbləği 1,8 milyon avro təşkil edib.

Qeyd edək ki, BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur, yəni banklar arasında ödənişlərin düzgün ötürülməsini və yekun icrasını həyata keçirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti