Bakı.Trend:
Səhər saatlarında Quba–Qonaqkənd–Muçu avtomobil yolunda torpaq sürüşməsi baş verib.
Hadisə ilə əlaqədar Trend-in sorğusuna cavab olaraq Azərbaycan Avtomobillər Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, intensiv yağıntılar nəticəsində bu gün səhər saatlarında Quba–Qonaqkənd–Muçu avtomobil yolunun 42-ci kilometrliyində, yolun keçdiyi ərazidə torpaq sürüşməsi baş verib.
Bildirilib ki, hadisə nəticəsində avtomobil yolunun bir hissəsi yararsız vəziyyətə düşmüş və nəqliyyatın hərəkətinə məhdudiyyət yaranıb.
“Hadisə baş verən kimi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları dərhal əraziyə cəlb olunub, ərazi nəzarətə götürülüb, zəruri təhlükəsizlik tədbirləri görülüb.
Sürüşmə prosesi davam etdiyi üçün hazırda bərpa işlərinə naşlamaq mümkün deyil. Sürüşmə sabitləşdikdən sonra sözügedən hissədə müvəqqəti yolun salınması istiqamətində işlərə başlanılacaq", - deyə qurumun məlumatında qeyd olunub.
