...

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb

İqtisadiyyat Materials 7 Aprel 2026 16:24 (UTC +04:00)
Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda aktiv əlavə dəyər vergisi (ƏDV) ödəyicilərinin sayı 2,6 faiz artıb.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Belə ki, bu ilin aprelin 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 1,4 faiz artaraq 871.138, aktiv ƏDV ödəyicilərinin sayı isə 2,6 faiz artaraq 59.942 təşkil edib.

Məlumata əsasən, həmin tarixə aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 2,2 faiz artıb və 237.896 olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti