...

Naxçıvanda bəzi filmlərin nümayişinə məhdudiyyətlər tətbiq ediləcək

Cəmiyyət Materials 7 Aprel 2026 21:53 (UTC +04:00)
Naxçıvanda bəzi filmlərin nümayişinə məhdudiyyətlər tətbiq ediləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin Əsasnaməsi təsdiqlənib.

Trend-in məlumatına görə, sənəddə şöbənin vəzifələri də öz əksini tapıb.

Belə ki, Mədəniyyət və mədəni irs şöbəsi kino və videofilmlərin qanunsuz nümayişi, pornoqrafiya və ya zorakılıq təbliğ edən filmlərin qarşısının alınması ilə bağlı tədbirlər görməli, tamaşaçı auditoriyasının yaş kateqoriyalarını müəyyənləşdirmək məqsədilə Naxçıvan Muxtar Respublikasının ərazisində kütləvi nümayiş (kinozal, videozal, videoyayım məntəqələri) üçün nəzərdə tutulmuş bütün filmləri qeydə almaq və onların dövlət reyestrinə daxil edilməsi üçün təkliflər verməli olacaq.

Şöbə həmçinin Azərbaycan xalqının mənəvi dəyərlərinə, mədəniyyətinə və incəsənətinə ləkə gətirən, onları alçaldan və böhtan xarakterli materialların nəşrinin (yayımının) qarşısının alınması üçün zəruri tədbirlər görməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti