Bakı. Trend:
Cari ilin fevral ayının sonuna olan məlumata əsasən, Azərbaycanda Banklararası Kart Mərkəzi (BKM) vasitəsilə 70,96 milyon emal olunmuş ödəniş əməliyyatı aparılıb və bu əməliyyatların ümumi məbləği 3,125 milyard manat təşkil edib.
Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.
Bildirilib ki, 2025-ci ilin eyni dövrü ilə müqayisədə göstərici əməliyyatların sayı üzrə 10,498 milyon ədəd və ya 17,4%, məbləğ üzrə isə 300 milyon manat və ya 10,6% artıb.
Ötən ilin fevral ayında Azərbaycanda BKM vasitəsilə 60,462 milyon ədəd ödəniş əməliyyatı həyata keçirilmiş və bu əməliyyatların ümumi məbləği 2,825 milyard manat olmuşdur.
Qeyd edək ki, BKM bank kartları üzrə ödənişlərin təhlükəsiz və operativ emalını təmin edən texnoloji və maliyyə infrastrukturudur, yəni banklar arasında ödənişlərin düzgün ötürülməsini və yekun icrasını həyata keçirir
