Bakı. Trend:
İranın cənub-qərbindəki Mahşəhr şəhərində neft-kimya zavoduna hava hücumu edilib.
Trend-in məlumatına görə, bu barədə İranın "Mehr" agentliyi xəbər verib.
Əlavə məlumat verilməyib və itkilər barədə heç bir məlumat daxil olmayıb.
Bundan əlavə, "PressTV" televiziyası İsrail və ABŞ-nin Ərak şəhərinin mərkəzindəki alüminium zavoduna hücumu xəbər verib.
