Bakı. Trend:
Azərbaycanda dəmiryol vağzallarının layihələndirmə normaları məlum olub.
Trend-in məlumatına görə, yeni normalarda sərnişinlərə xidmət göstərilən zonalara və yerlərə dair tələblər də yer alıb.
Belə ki, layihə tapşırığı üzrə yüksək komfortlu gözləmə zallarına (biznes zallara) duş otağı daxil edilə bilər.
Qadınların gigiyenası üçün nəzərdə tutulmuş ayrıca otaq əvəzinə sanitariya qovşağında gigiyenik duş təchiz edilməlidir.
Ana və uşaq üçün nəzərdə tutulan duş otağının sahəsi 5 kvadratmetrdən az olmamalıdır.
Ana və uşaq otağının sanitariya qovşağında uşaq duş altlıqlarının otağın döşəməsindən quraşdırılma hündürlüyü 0,3 metr olmalıdır. Duş başlığının yerləşmə hündürlüyü altlığın dibindən 1,5 metr olmalıdır. Elastik şlanqlı duş başlığı tətbiq edilməlidir.
İctimai iaşə obyektləri və duşlar üçün su istehlakı norması əlavə olaraq nəzərə alınmalıdır.
